Bank Of Baku

Emin 8 mart ərəfəsində Moskvada konsert verəcək – FOTO

Emin 8 mart ərəfəsində Moskvada konsert verəcək – <font color=red>FOTO </font>
# 15 fevral 2011 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin 8 mart bayramı ərəfəsində Moskvanın ən dəbdəbəli klublarının birində konsert verəcək. APA-nın ifaçının saytına istinadən yaydığı xəbərə görə, Emin öz yeni konsert proqramını martın 7-də “Elizium” klubunda təqdim edəcək. Bununla yanaşı, musiqiçi yeni albomu üçün mahnılar yazmağa da başlayıb.

Fevralın 14-də Rusiyada “Wonder” albomu yeni tərtibatda və DVD formatında yenidən satışa çıxarılıb. Bu albomu Emin Müqəddəs Valentin Günündə öz pərəstişkarlarına hədiyyə edib. “Wonder” albomuna ötən il noyabrın 25-də “Arena klub”da verdiyi konsertin yazısı olan DVD əlavə edilib.
Onu da əlavə edək ki, Emin bir neçə gün əvvəl “BBC Radio 2” efirində “Paul O’Grady Show”da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR