Bank Of Baku

Nigar Camal və Eldar Qasımov Ukraynaya gedirlər – FOTO

Nigar Camal və Eldar Qasımov Ukraynaya gedirlər – <font color=red>FOTO</font>
# 17 fevral 2011 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanan Nigar Camal və Eldar Qasımov bu gecə vətəni tərk edirlər. APA-nın məlumatına görə, təmsilçilər hər il olduğu kimi, müsabiqə öncəsi Ukraynada hazırlıq prosesi keçəcəklər.

Azərbaycan təmsilçilərini Düsseldorf səhnəsində çıxışa Ukraynanın “Luxen” şirkəti hazırlayacaq. Nigar və Eldar müsabiqənin keçiriləcəyi tarixədək xüsusi vokal, rəqs, performans dərsləri alacaq və bu mötəbər müsabiqəyə hərtərəfli hazırlaşacaqlar. Hazırlıq dövründə onların ifa edəcəyi mahnı da müəyyənləşəcək. Daha sonra həmin mahnıya uyğun geyim və rəqs nömrəsi hazırlanacaq.

Qeyd edək ki, Azərbaycanı “Eurovision”da təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə, Aysel Teymurzadə və Araş, eyni zamanda Səfurə Əlizadəni də müsabiqəyə “Luxen” şirkəti hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR