Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” təmsilçiləri üçün mahnı seçimi aparılır

Azərbaycanın “Eurovision-2011” təmsilçiləri üçün mahnı seçimi aparılır
# 17 fevral 2011 13:05 (UTC +04:00)
Bakı. Ülkər QasImova-APA. “Eurovision-2011” mahnı msabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal dueti bu gün İctimai Televiziyanın “Yeni gün” proqramının qonağı olub. Təmsilçilər iki saat ərzində Türkdilli ölkələrə yayımlanan proqramda repertuarlarından mahnılar ifa edib, finaladək olan seçim mərhələlərindən danışıblar. Eldar və Nigar 2010-cu ilin oktyabrından başlayan “Eurovision” seçimlərinin çətin keçdiyini, amma uğurlu nəticələndiyini bildiriblər. Eldar Qasımov qeyd edib ki, onlar Nigarla birgə Azərbaycanı bu müsabiqədə layiqincə təmsil etməyə hazırdırlar: “Biz təmsilçi seçilmişik və bu şərəfli şans bizə nəsib olub. Biz xalqımızın ümidlərini doğrutlmaq üçün bacardığımız hər şeyi edəcəyik. Nə tələb olunursa hamısını etməyə hazırıq və Azərbaycan birincilik gətirəcəyimizə ümid edirik. Biz təmsilçilyik, deməli xalqa çox yaxın olmalıyıq. Nigarla birgə xalqın içində, ürəyində olmalıyıq. Biz xalqın içindən seçildik, sadəcə oxumağı bacarırıq”.

Eldar və Nigar çıxışlarında Azərbaycan xalqına müraciət edərək, onlara dəstək olmağı istəyiblər: “Bizə dəstək olun, biz bu dəstəyi hiss edək. Bu zamana kimi necə dəstək olmusunuzsa, dəstəyinizi bizdən əsirgəməyin. Bizim sizlərin dəstəyinizə ehtiyacımız var. Dəstək olun və biz uğur qazanacağıq”.

Proqramda iştirak edən bəstəkar İsa Məlikli son 3 il ərzində “Eurovision”dakı iştirakçılarımızın hər birinin mahnısının parlaq olduğunu deyib.

APA-nın itv.az saytına istinadən yaydığı xəbərə görə, hazırda təmsilçilərimizin may ayında Düsseldorfda “Eurovision” yarışmasında ifa edəcəyi mahnı seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR