Bank Of Baku

Almaniyanı “Eurovision-2011”də müsabiqənin son qalibi Lena Meyer təmsil edəcək – FOTO

Almaniyanı “Eurovision-2011”də müsabiqənin son qalibi Lena Meyer təmsil edəcək – <font color=red>FOTO </font>
# 18 fevral 2011 13:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ötən il ölkəsinə birincilik gətirən Lena Meyer bu ildə “Eurovision-2011” mahnı müsabiqəsində Almaniyanı təmsil edəcək. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbər görə, bu gün müğənninin hansı mahnı ilə ölkəsini təmsil edəcəyi məlum olacaq.
Bildirilib ki, yerli tənqidçiləri Lena Meyerin ikinci il Almaniyanı təmsil etməsinə qarşı çıxsa da, televiziya tamaşaçıları və münsiflər heyətinin qərarı ilə yenə də təmsilçilik hüququnu ötən ilki qalib qazanıb. Bu, 56 ildir keçirilən “Eurovision” müsabiqəsi tarixində ikinci belə haldır. İlk dəfə bu addımı 1958-ci ildə Niderland təmsilçisi Corry Brokken edib. Belə ki, bu təmsilçi qalibiyyətdən sonra ikinci dəfə “Eurovision” yarışmasında iştirak edib, amma o ikinci dəfə birincilik qazana bilməyib.

Lena Meyerin ölkəsində Düsseldorf şəhərində hansı mahnı ilə çıxış edəcəyi isə bu gecə Kölndə keçiriləcək finalda məlum olacaq. Mahnı seçimi üçün təşkil olunan final mərhələsi iki saat çəkəcək. Finala 12 mahnıdan 6-sı keçib. Almaniyanın təmsilçisi Lena Meyerin Düsseldorf səhnəsində ifa edəcəyi mahnı ancaq televiziya tamaşaçılarının səsverməsi ilə seçiləcək.

Xatırladaq ki, Lena Meyer Norveçin paytaxtı Osloda keçirilən “Eurosion -2010” mahnı müsabiqəsində maksimum bal yığaraq ölkəsinə birincilik qazandırmışdı. Onun birincilik qazanması sayəsində 56-cı “Eurovision” yarışmasına Almaniya ev sahibliyi edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR