Bank Of Baku

Lena Mayer Düsseldorfda “Taken By a Stranger” mahnısı ilə çıxış edəcək - FOTO

Lena Mayer Düsseldorfda “Taken By a Stranger” mahnısı ilə çıxış edəcək - <font color=red>FOTO </font>
# 19 fevral 2011 10:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Almaniyanı “Eurovision-2011” mahnı müsabiqəsində ikinci dəfə təmsil etmək şansı qazanan Lena Mayerin Düsseldorf səhnəsində hansı mahnı ilə çıxış edəcəyi məlum olub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, mahnı ötən gün Kölndə keçirilən möhtəşəm mahnı seçimi konsertində müəyyənləşib. Lena Mayer bu müsabiqədə “Taken By a Stranger” mahnı ilə çıxış edəcək. Mahnının müəllifləri Gus Seyffert, Nicole Morier və Monica Birkenesdir. 6 mahnı arasından seçilən “Taken By a Stranger” tamaşaçılar tərəfindən 79% səs alıb.

Qeyd edək ki, 56-cı “Eurovision” müsabiqəsinə Almaniya ev shaibliyi edir. Müsabiqənin 10 və 12 may tarixlərində yarımfinalı, 14-də isə final mərhələsi keçiriləcək. Almaniya müsabiqənin birbaşa finalında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR