Bank Of Baku

“Eurovision-2011” müsabiqəsində Ermənistan təmsilçisinin mahnı seçiminin tarixi dəyişdirilib

“Eurovision-2011” müsabiqəsində Ermənistan təmsilçisinin mahnı seçiminin tarixi dəyişdirilib
# 22 fevral 2011 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2011” müsabiqəsində Ermənistan təmsilçisinin ifa etməsi üçün keçirilməsi nəzərdə tutulan mahnı seçiminin tarixi dəyişdirilib.

APA-nın məlumatına görə, əvvəlcə bu seçimi şou-konsert formasında 26 fevral – Xocalı soyqırımı günü keçirəcəyini bəyan edən bu ölkənin müsabiqə üzrə cavabdeh telekanalı “ARMTV”, dünən tarixi dəyişdirdiklərini açıqlayıb.

Məlum olub ki, buna səbəb ölkə təmsilçisi Emmy-nin atasının vəfat etməsidir. Məhz bu səbəbdən Ermənistanın bu müsabiqədə hansı mahnı ilə təmsil olunacağı fevralın 26-da deyil, martın əvvəllərində məlum olacaq. Hələ ki, mahnı seçiminin dəqiq tarixi müəyyənləşməyib. Mahnının gələn ayın əvvəlində seçilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR