Bank Of Baku

Heydər Əliyev Sarayında “Şən qoğalın Novruz səyahəti” adlı musiqili-tamaşa nümayiş olunacaq

Heydər Əliyev Sarayında “Şən qoğalın Novruz səyahəti” adlı musiqili-tamaşa nümayiş olunacaq
# 22 fevral 2011 14:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 22-də Heydər Əliyev Sarayında “Şən qoğalın Novruz səyahəti” adlı musiqili-tamaşa nümayiş olunacaq. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, adəti üzrə bu il də Heydər Əliyev Sarayının səhnəsində böyük Novruz şənliyi olacaq. Konsert proqramında ölkənin ən tanınmış uşaq kollektivləri iştirak edəcək. “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri uşaqlara töhfələrini verəcək. Bir gün keçirilməsi nəzərdə tutulan şənlikdə azyaşlı tamaşaçılar üçün ən yeni və maraqlı proqram hazırlanıb.

A. Fərəczadə deyib ki, Novruz şənliyində qonaqlara xüsusi hədiyyələr veriləcək: “Biletlər hədiyyəlidir. Hər bir tamaşaçıya “Nestle” məhsullarından hədiyyələr təqdim ediləcək. Hədiyyələr biletlərin qiymətinə daxildir. Biletlər artıq satışdadır. Bundan əlavə, uşaqlar üçün möhtəşəm lazer şou və bir çox başqa sürpriz də gözlənilir”.

Qeyd edək ki, biletlərin qiyməti 5-15 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR