Bank Of Baku

İqor Krutoyun Bakıda keçiriləcək yaradıcılıq gecəsinə biletlər əvvəldən müəyyən olunmuş qiymətdən baha satılıb

İqor Krutoyun Bakıda keçiriləcək yaradıcılıq gecəsinə biletlər əvvəldən müəyyən olunmuş qiymətdən baha satılıb
# 23 fevral 2011 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın tanınmış bəstəkarı İqor Krutoyun Bakıda martın 2-də keçirilməsi nəzərdə tutulan yaradıcılıq gecəsinə biletlər satılıb qurtarıb. APA-nın məlumatına görə, əvvəlcə 45-330 manat arasında satışa çıxarılan konsertin biletləri, sonra daha baha qiymətə satılıb. Dörd gün ərzində biletlərin neçəyə satılmasından asılı olmayaraq mərkəzləşdirilmiş kassaların qarşısında növbə olub. Tamaşaçıların maraq göstərdiyi konsertdə tanınmış müğənnilər Lara Fabian, Filipp Kirkorov, Aleksandr Serov, Valeriy Leontev, Layma Vaykule, Kristina Orbakayte və İrina Aleqrova çıxış edəcəklər.

Heydər Əliyev Sarayının səhnəsində gerçəkləşəcək bu konsertdə bir neçə sənətçi Bakı səhnəsinə ilk dəfə çıxacaq. Yaradıcılıq gecəsinin saat 19:00-dan 22:00-a kimi davam etməsi nəzərdə tutulur.

Bu konsertə tamaşaçıların maraq göstərməsi bilet satışı ilə məşğul olan dəllalları da sevindirib. Belə ki, mərkəzləşdirilmiş kassaların qarşısıdna duran və konsertə biletləri öz qiymətinə alan bu dəllallar 25-30 manat bahasına satıblar. 45 manata satışa çıxarılan sonuncu sıradakı biletləri tamaşaçılar dəllallardan 70 manata əldə ediblər. Bu məsələ ilə bağlı bilet satışını həyata keçirən “UR Style” şirkətinin əməkdaşları APA-ya bildiriblər ki, dəllalların bileti alıb-satmlarının onlara heç bir aidiyyatı yoxdur. Çünki dəllallar da bu biletləri adi tamaşaçılar kimi alır və istədikləri qiymətə satırlar: “Bu hala isə paytaxtda təşkil olunan bütün konsertlərə bilet satışını həyata keçirən “UR Style”in etiraz etməsi lüzumsuzdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR