Bank Of Baku

Bolqarıstan “Eurovision-2011”dəki təmsilçisini müəyyən edib – FOTO

Bolqarıstan “Eurovision-2011”dəki təmsilçisini müəyyən edib – <font color=red>FOTO </font>
# 24 fevral 2011 15:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bolqarıstan da “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisini müəyyən edib. APA-nın müsabiqənin internet saytına istinadən yaydığı xəbərə görə, bu il bu ölkəni Poli Genova “Na İnat” mahnısı ilə təmsil edəcək. Fevralın 23-də keçirilən final gecəsi ölkənin ictimai yayımçısı olan BNT televiziyası ilə canlı yayımlanlb. 19 iştirakçı arasından Poli Genova tamaşaçı və münsiflər heyətinin səsverməsi nəticəsində qalib olub. Şouda qonaq qismində Rumıniyanın “Eurovision-2011”dəki təmsilçisi “Hotel FM” qrupu iştirak edib.

Qeyd edək ki, 2010-cu ildə sözügedən yarışmada Bolqarıstanı Miro “Angel Si Ti” mahnısı ilə təmsil etmişdi. Amma o, yarımfinaldan finala vəsiqə qazana bilməmişdi. Bu il Bolqarıstan “Eurovision” mahnı yarışmasında mayın 12-də keçiriləcək II yarımfinal mərhələsində çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR