Bank Of Baku

Rusiya estradasının tanınmış nümayəndələri bu axşam Azərbaycana gəlir

Rusiya estradasının tanınmış nümayəndələri bu axşam Azərbaycana gəlir
# 28 fevral 2011 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın tanınmış bəstəkarı İqor Krutoy, eləcə də müğənnilər Lara Fabian, Filipp Kirkorov, Aleksandr Serov, Valeriy Leontev, Layma Vaykule, Kristina Orbakayte və İrina Alleqrova bu gün axşam Bakıya gələcəklər. APA-nın məlumatına görə, Rusiyanın tanınmış simalarının Azərbaycana səfərində məqsəd martın 2-də Heydər Əliyev Sarayında keçiriləcək İqor Krutoyun yaradıcılıq gecəsində çıxış etməkdir.

Tanınmış simaların Bakıya səfəri şəxsi təyyarə ilə gerçəkləşəcək. Əldə etdiyimiz məlumata görə, sadaladığımız sənətçilər Bakıda “Hyatt Regency” mehmanxanasında qalacaqlar. Sabah səhərdən etibarən isə Heydər Əliyev Sarayında bu konsertin hazırlığına başlanılacaq. Bu konsert üçün xüsusi texniki avadanlıqlar da gətiriləcək və konsertin səhnə tərtibatını Rusiyadan gələcək mütəxəssislərin hazırlayacaq.

Rusiyanın incəsənət xadimləri üçün xüsusi şəhər gəzintisi də planlaşdırılır. Qonaqların martın 2-də keçiriləcək konsertdən bir gün sonra, yəni martın 3-də şəhərimizi tərk edəcəyi gözlənilir.

Xatırladaq ki, bu qədər tanınmış simanın birgə çıxış edəcəyi yaradıcılıq gecəsi üçün artıq biletlər satılıb qurtarıb. Anşlaqla baş tutacaq konsertdə sənətçilərin təhlükəsizliyi xüsusi mühafizə xidməti tərəfindən qorunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR