İqor Krutoyun Bakıdakı yaradıcılıq gecəsi bir sıra məqamlarla diqqət çəkib - FOTOSESSİYA
Konsert üçün Heydər Əliyev Sarayının səhnəsi xüsusi hazırlanmışdı. Rusiya televiziya kanallarında görməyə öyrəşdiyimiz sadə, lakin göz oxşayan səhnə dekorasiyası bu dəfə Bakıda quraşdırılmışdı. Qırmızı pərdə ilə bəzədilmiş səhnənin arxası rəngli işıqlarla daha da qeyri-adi görünürdü. Lakin qeyri-adi, rəngarəng səhnə dekorasiyası İqor Krutoyun səhnəyə çıxması ilə gözdən itdi. Bəstəkarı elə hər zaman görməyə alışdığımız kimi, bu dəfə də qara royal arxasından izlədik. İqor Krutoy bu səhnədə çıxışından öncə Bakıda yaradıcılıq gecəsinin keçirilməsindən məmnun olduğunu dilə gətirib. Səmimi bəstəkar Azərbaycanın ona çox yaxın olduğunu da deyib və bunun üç səbəbini açıqlayıb: “İlk əvvəl ona görə ki, mənim dostum və dahi sənətkar Müslüm Maqomayev buralıdır. İkinci səbəb ona görə ki, Azərbaycan xalqı çox istedadlıdır. Üçüncü səbəb isə odur ki, mənim qayınanam Bakıda anadan olub”. Bəstəkarın yaradıcılıq gecəsinin izləyicisi olmaq üçün Heydər Əliyev Sarayına toplaşan çoxsaylı tamaşaçıları salamladıqdan sonra, İqor Krutoy royal arxasına keçərək, illərdir dinləməkdən usanmadığımız əsərlərinin ifasına başlayıb. Bu gecə səslənən bütün mahnılar çoxlarının pərəstiş etdiyi İqor Krutoy barmaqlarının yaratdıqları möcüzələr idi. Bəstəkarı səhnədə öz orkestri müşayiət edib. İlk əvvəl səhnəyə Rusiyanın xalq artisti Aleksandr Serov çıxıb. Sevilən müğənni Azərbaycanın Rəşid Behbudov, Müslüm Maqomayev və Polad Bülbüloğlu kimi görkəmli simalar yetişdirdiyindən qürurlandığını deyib. A. Serov bu konsertdə üç mahnı ilə tamaşaçıları sevindirib. Daha sonra səhnəyə çıxan Layma Vaykule çıxıb. Müğənni maraqlı çıxışı və səmimi söhbəti ilə tamaşaçıların alqışlarını qazanıb. Bakı tamaşaçısına önəm verdiyini hər dəfə möhtəşəm çıxışı ilə nümayiş etdirən Valeriy Leontyev, elə bu dəfə ənənəsinə sadiq qalıb. Valeriy Leontyev həmin gecə çoxsaylı tamaşaçının əyləşdiyi zala enən yeganə müğənni olub. O bir mahnısını məhz tamaşaçıların ətrafında ifa edib. Kristina Orbakaytenin çıxışı da maraq doğurub.
Konsertdə nəzərdən qaçırmadığımız məqamlardan biri də İqor Krutoyun İrina Alleqrovanı “sizin yerliniz” kimi təqdim etməsi olub. Müğənnini dəfələrlə “bakılı” kimi qeyd edən İqor Krutoyun səsinə hay verən olmayıb. Elə İrina Alleqrovanın özü də buna qoşulmayıb. Səhnəyə gələr-gəlməz mahnısının ifasına başlayan sənətçi, nə Azərbaycan xalqını salamlayıb, nə də ona təqdim edilən gül dəstələrindən şövqə gəlib. Sözügedən müğənninin Bakı səhnəsində ürəksiz çıxış etdiyi də nəzərdən qaçmayıb. İ. Alleqrova nə Filipp Kirkorov kimi bu səhnədə konsert verməkdən məmnunluğunu dilə gətirib, nə də tamaşaçılara təşəkkür edib. O, “İqor, görürsən də bu sənin yaradıcılığının böyüklüyüdür” deməklə kifayətlənib. Daha sonra səhnəyə hər bir çıxışında Azərbaycana sevgisini etiraf edən və daima Bakıda konsert vermək arzusunda olan Filipp Kirkorov gəlib. O isə həmkarından fərqli olaraq Azərbaycan xalqına yorulmadan təşəkkürlərini ünvanlandırıb. Səhnədə çox xoşbəxt görünən Kirkorov, ən kiçik pərəstişkarına belə diqqətlə yanaşıb. F.Kirkorov ilk mahnısını ifa edərkən texniki problem yaranıb və müğənni mahnının bir hissəsini mikrofonun səsi çıxmadan oxumaq məcburiyyətində qalıb. Müğənni bu səhnədə 4 mahnı ifa edib ki, onun ifasını rəqqaslar müşayiət edib. Onu da bildirək ki, proqram boyunca İqor Krutoy həm royalda solo ifa, həm də bir neçə müğənni ilə duet oxuyub.
İqor Krutoyun Bakıdakı yaradıcılıq gecəsi Lara Fabianın möhtəşəm ifası ilə yekunlaşıb. Lara Fabian Bakıda ilk dəfə çıxış etdiyini desə də, bunun davamı olacağına da söz verib. İqor Krutoyun məhz Lara Fabian üçün yazdığı bir neçə mahnının canlı ifası tamaşaçılara zövq verib. Konsertin sonunda isə Bakıda qonaq olan müğənnilərin hamısı səhnəyə çıxaraq, birlikdə son mahnılarını təqdim ediblər. İqor Krutoyun yaradıcılıq gecəsi tamaşaçıların 10 dəqiqə ərzində ayaqüstü alqışları ilə yekunlaşıb.
Konsertdə müğənnilərin təhlükəsizliyinin qorunması üçün xüsusi mühafizə xidməti sarayın ətrafında olub. Konsertdən sonra da hər bir qonaq polislərin mühafizəsi ilə avtomobillərinə əyləşib oranı tərk ediblər.
Şou-biznes
Xəbər Lenti
Kuşner yeni danışıqların qrafikinin yaxın vaxtlarda açıqlanacağını bildirib
Si Cinpin APEC liderlərinin görüşünə sədrlik edəcək
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib