Bank Of Baku

Rusiyanı “Eurovision-2011”də Aleksey Vorobyev təmsil edəcək – FOTO

Rusiyanı “Eurovision-2011”də Aleksey Vorobyev təmsil edəcək – FOTO
# 05 mart 2011 19:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Rusiya “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçisinin müəyyənləşdirib. APA-nın Rusiya KİV-lərinə istinadən yaydığı xəbər görə, ölkənin müsabiqə üzrə cavabdeh telekanalı və yayımçısı 1-ci kanal bu il ölkəsinin Aleksye Vorobyov tərəfindən təmsil olunmasını qərarlaşdırıb. Müğənni müsabiqədə “Get You” mahnısı ilə çıxış edəcək. Bu il ölkənin cavabdeh televiziya kanalı qərarı özü verib və heç bir seçim turu keçirməyib. “Eruovision-2011” Rusiya təmsilçisi üçün mahnını Lady Gaganın hit mahnılarının müəllifi, eyni zamanda Jennifer Lopez, Enrike İqlesias, Şakira və digər dünyaca məşhur sənətçilərlə əməkdaşlıq edən RedOne yazıb. Son iki ildə RedOne 6 dəfə “Gremmy” musiqi mükafatına nominant olub.

Aleksey Vorobyovsa “Eurovision -2011” yarışmasında ölkəsini təmsil etmək şansı qazandığı üçün çox xoşbəxt olduğunu deyib və bunu özü üçün şərəf hesab etdiyini açıqlayıb: “Mən ölkəmi layiqincə təmsil etmək hər şey edəcəyəm. Mübarizə aparmağa hazıram və mən bunu bacarıram. Qalibiyyət uğrunda sonunadək mübarizə aparacağam. İnanıram ki, “Get You” mahnısı müsbət nəticələr əldə etmək üçün uğurlu bir mahnıdır. Mən sevinirəm ki, RedOne mənim rəsmi prodüserimdir”. Təmsilçi bu müsabiqədə iştirak etməyi hər zaman arzuladığını da diqqətə çatdırıb.

“Get You” mahnısını rəsmi təqdimatı martın 12-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR