Bank Of Baku

Böyük Britaniyanın “William Hill” bukmeker kontoru “Eurovision-2011” mahnı müsabiqəsi ilə bağlı Avropa ictimaiyyətinin rəyini öyrənib

Böyük Britaniyanın “William Hill” bukmeker kontoru “Eurovision-2011” mahnı müsabiqəsi ilə bağlı Avropa ictimaiyyətinin rəyini öyrənib
# 07 mart 2011 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı yarışmasında iştirakçı ölkələrin çoxu təmsilçisini müəyyənləşdirib. APA-nın məlumatına görə, artıq müsabiqənin nəticələri ilə bağlı Britaniyanın “William Hill” bukmeker kontoru da Avropa ictimaiyyətinin rəyini öyrənib. Belə ki, Avropa ictimaiyyəti sözügedən kontorda öz dəstəklədikləri ölkəyə pul yatırırlar. Avropa ictimaiyyətinin yatırdığı pula əsasən Azərbaycan təmsilçiləri beşinci yerdədirlər.

“William Hill” bukmeker kontoru açıqlayıb ki, Avropa ictimaiyyəti ən çox pulu Norveç təmsilçisinə yatırıblar. Norveç I, Rusiya II, Estoniya III yerdədir.

Sözügedən bukmeker kontorunun rəsmi saytında qeyd olunan “Eurovision-2011”in ilk 10 favoriti sırasında Azərbaycanla yanaşı, Almaniya, Danimarka, Bosniya və Hersoqovina, İrlandiya, Ermənistan və Yunanıstan da var.

Qeyd edək ki, ilk beşlikdə adları qeyd olunan ölkələr artıq mahnılarını müəyyənləşdiriblər. Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı isə yaxın günlərdə nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR