Bank Of Baku

Heydər Əliyev Sarayının hazırladığı Novruz şənliyində bir çox sürprizlər gözlənilir – FOTO

Heydər Əliyev Sarayının hazırladığı Novruz şənliyində bir çox sürprizlər gözlənilir – <font color=red>FOTO</font>
# 10 mart 2011 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Heydər Əliyev Sarayında Novruz bayramı ilə əlaqədar xüsusi bayram tədbiri keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Novruz şənliyinin martın 22-də keçirilməsi nəzərdə tutulur. Heydər Əliyev Sarayının təşkil etdiyi Novruz şənliyində respublikada ilk dəfə olaraq azyaşlı tamaşaçıların hər birinə xüsusi hədiyyə təqdim olunacaq: “Yeni il bayramı ilə bağlı düzənlənən şənliklərdə hədiyyələrin verilməsi artıq ənənə halını alıb. Ancaq Novruz bayramında belə bir ənənə yoxdur və biz bu yeniliyi etmək qərarına gəldik. Hər bir tamaşaçıya “Nestle” məhsullarından hədiyyələr təqdim edəcəyik. Bu hədiyyələr biletlərin qiymətinə daxildir”.

Bir gün keçirilməsi nəzərdə tutulan şənlik üçün uşaqların maraqla qarşılayacağı proqram hazırlanır. Proqramda bir çox sürprizlərin təşkili nəzərdə tutulur. Bir günlük Novruz şənliyinin biletlərinin satışı davam edir. Biletləri şəhərin mərkəzi kassalarından 5-15 manata almaq olar.

Qeyd edək ki, bayram şənliyinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR