Bank Of Baku

“Savalan” qrupu Hollandiyada keçiriləcək Novruz şənliyinə qatılacaq

“Savalan” qrupu Hollandiyada keçiriləcək Novruz şənliyinə qatılacaq
# 10 mart 2011 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Savalan” mistik musiqi qrupu Hollandiyada keçiriləcək Novruz tədbirində iştirak edəcək. Bu barədə APA-ya “Savalan” musiqi qrupunun rəhbəri, Azərbaycan Opera və Balet Teatrının aktyoru Novruz Novruzlu məlumat verib. N. Novruzlu bildirib ki, Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirə türk dünyasının bir çox tanınmış mistik qrupları qatılacaq.

Martın 20-də keçiriləcək şənliyə Azərbaycan və Türkiyə diaspora təşkilatlatlarının rəhbərləri, eyni zamanda Azərbaycan və Türkiyənin Hollandiyadakı diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR