Azərbaycan təmsilçisinin “Eurovision-2011”də hansı mahnını ifa edəcəyi martın 13-dək açıqlanacaq

Azərbaycan təmsilçisinin “Eurovision-2011”də hansı mahnını ifa edəcəyi martın 13-dək açıqlanacaq
# 10 mart 2011 12:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın ifa edəcəyi mahnı bu günlərdə açıqlanacaq. İctimai Telelviziya və Radio Yayımlar Şirkətindən (İTV) APA-ya verilən məlumata görə, artıq mahnılar arasından seçim başa çatmaq üzrədir. Ötən illərdə olduğu kimi bu il üçün də Azərbaycanın “Eurovision-2011” mahnısının seçimində milli münsiflərlə yanaşı, xarici ekspetrlərin də rəyi nəzərə alınır. Təmsilçilərimizin ifa edəcəyi mahnının martın 13-dək seçiləcəyi nəzərdə tutulur. Son mərhələdə mütəxəssislər 10-a yaxın mahnı arasından seçimlərini davam etdirirlər.

13-15 mart tarixlərində Almaniyada 56-cı “Eurovision” müsabiqəsi ilə bağlı iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin görüşü baş tutacaq. Martın 13-də 43 ölkənin hər biri təmsilçisinin adı və ifa olunacaq mahnı Avropa Yayım Birliyinə (EBU) təqdim edəcək. Martın 14-də isə iki yarımfinal və final mərhələsində iştirak edəcək ölkələrin hansı nömrə altında səhnəyə çıxacağı məlum olacaq. Bunun üçün ənənəvi olaraq püşkatma mərasimi keçirləcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin bu müsabiqədə ifa etməsi üçün yerli bəstəkarlarla yanaşı, dünyanın bir sıra ölkələrindən müəlliflər əsərlərini İTV-yə göndəriblər. Mütəxəssislərə “Eurovision-2011” müsabiqəsində Azərbaycan adından səslənməsi üçün təqribən 60-dan artıq mahnı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR