Bank Of Baku

Bakıda “İstanbul Shopping Festivalı”nın tanıdılmasına həsr olunan mətbuat konfransı keçirilib

Bakıda “İstanbul Shopping Festivalı”nın tanıdılmasına həsr olunan mətbuat konfransı keçirilib
# 11 mart 2011 15:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, layihə barədə layihənin rəhbəri Ahmet Özşahin məlumat verib. O, qeyd edib ki, layihə çərçivəsində İstanbulda 40 gün-40 gecə alış-veriş tədbiri həyata keçiriləcək: “Həmin festival ərəfəsində biz Azərbaycandan, Rusiya, Ukrayna, Rumıniya, Suriyadan və sair ölkələrdən insanların İstanbula gələcəyini gözləyirik”.

Onun sözlərinə görə, “İstanbul Shopping Festival” İstanbulda 90 mağazada həyata keçiriləcək. Festivalın təşkilində məqsəd isə insanlara sərfəli qiymətlərlə çox gözəl geyimlər təklif etməkdir: “Biz bu müddət ərzində İstanbula 1 milyon 200 minə yaxın turistin gələcəyini gözləyirik. Dörd il içində isə biz bu rəqəmi 4 milyona çatdırmaq niyyətindəyik”.

Daha sonra A. Özşahin tanıtma mətbuat konfransında iştirak etmək üçün bu gün səhər Azərbaycana gələn Türkiyənin populyar aktyoru Kıvanc Tatlıtuğu təqdim edib. A. Özşahin deyib ki, aktyor “İstanbul Shopping Festival”ını tanıtmaq üçün bir sıra ölkələrdə olacaq, Azərbaycandan əvvəl isə, o, Dubayda olub.

Kıvanc Tatlıtuğ bu layihədə iştirakdan və Azərbaycana səfərdən məmnun olduğunu deyib: “İlk dəfədir ki, Azərbaycana gəlmişəm. Bu cür təntənəli qarşılanacağımdan xəbərsiz idim. Mən hər birinizi “İstanbul Shopping Festivalı”nda görmək istərdim”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR