Bank Of Baku

Türkiyənin populyar aktyoru Kıvanc Tatlıtuğ: “Azərbaycan hər bir türkün sevdiyi yerdir”

Türkiyənin populyar aktyoru Kıvanc Tatlıtuğ: “Azərbaycan hər bir türkün sevdiyi yerdir”
# 11 mart 2011 15:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu İstanbulda keçiriləcək “İstanbul Shopping Festival”-ın tanıtımına həsr olunmuş mətbuat konfransında iştirak etmək üçün Bakıya gələn Türkiyənin populyar aktyoru Kıvanc Tatlıtuğ bildirib. Aktyorluqdan əvvəl model olduğunu xatırladan Kıvanc Tatlıtuğ model kimi tanındığını, modelliyin sevdiyi sahə olduğunu bildirib: “Amma aktyorluq edəndən sonra mənim üçün bu sahə tamam başqa, üstün sahəyə çevrildi. Ölənə kimi aktyorluq etmək istəyirəm”.
Azərbaycan haqqında çox eşitdiyini deyən aktyor, burada bir neçə dostunun olduğunu da vurğulayıb: “Onlardan daim Azərbaycan haqqında məlumatlar alıram. Bu mənim Azərbaycana ilk səfərimdir. Amma bu, son olmayacaq. Yaxın zamanlarda yenidən Azərbaycana gələcəm. Burada mənə sevgi göstərən bütün insanlara minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, varsınız”.

“Azərbaycanda filmə dəvət olunsanız, qəbul edərsinizmi” sualına cavab olaraq aktyor bu dəvətə müsbət baxacağını deyib: “Azərbaycan hər bir türkün sevdiyi yerdir. Dəvət olsa, sevə-sevə gələrəm”.

Bu yaxınlarda Hollivudda olduğunu, orada tanınmış kinorejissor Ceyms Kameronla görüşdüyünü, onunla tanış olduğunu deyən K. Tatlıtuğ orada film təqdimatında iştirak etdiyini açıqlayıb.

Populyar aktyor bundan sonra tamaşaçıları yeni rollarla sevindirəcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR