Mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan yarışacaq.
Mayın 12-də keçiriləcək II yarımfinalda isə İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya mayın finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Hər yarımfinalda 19 ölkə yarışacaq və 10 ölkə finalda çıxış etmək şansı qazanacaq.
Böyük beşliyə daxil olan Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcək. Böyük Britaniya və İspaniya ilk yarımfinalı izləyə və səs verə, Fransa, Almaniya, İtaliya isə II yarımfinalı izləyə və səs verə biləcək.
“Eurovision-2011” müsabiqəsi Düsseldorfun “Fortuna Arena”da baş tutacaq. 56-cı dəfə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində ümumilikdə 43 ölkə iştirak etmək hüququ qazanıb. APA iştirakçı ölkələrin təmsilçiləri və ifa edəcəkləri mahnıların siyahısını və fotolarını təqdim edir:
I yarımfinal – 10 may
Ölkənin adı | Təmsilçinin adı | İfa olunacaq mahnı |
Azərbaycan | Ell&Nikki | “Running Scared” |
Türkiyə | “Yüksək Sadakat” | “Live It Up” |
Albaniya | Aurela Gaçe | “Feel The Passion” |
Xorvatiya | Daria Kinzer | “Celebrate” |
Finlandiya | Paradise Oskar | “Da Da Dam” |
Gürcüstan | Eldrine | “One More Day” |
Yunanıstan | Loucas Yiorkas feat. Stereo Mike | “Watch My Dance” |
Macarıstan | Kati Wolf | “What About My Dreams?” |
İslandiya | Sigurjón’s Friends | “Aftur Heim” |
Litva | Evelina Sašenko | “C’est Ma Vie” |
Malta | Glen Vella | “One Life” |
Norveç | Stella Mwangi | “Haba Haba” |
Polşa | Magdalena Tul | “Jestem” |
Portuqaliya | Homens Da Luta | “Luta É Alegria” |
Rusiya | Aleksey Vorobyov | “Get You” |
San-Marino | Senit | “Stand By” |
Serbiya | Nina | “Čaroban” |
İsveçrə | Anna Rossinelli | “In Love For A While” |
Ermənistan | Emmy | “Boom Boom” |
II yarımfinal - 12 may
Ölkənin adı | Təmsilçinin adı | İfa olunacaq mahnı |
Avstriya | Nadine Beiler | “The Secret Is Love” |
Belarus | Anastasiya Vinnikova | “Am Belarusian” |
Belçika | Witloof Bay | “With Love Baby” |
Bosniya və Hersoqovina | Dino Merlin | “Love In Rewind” |
Bolqarıstan | Poli Genova | “Na Inat” |
Kipr | Christos Mylordos | “San Aggelos S’Agapisa” |
Danimarka | A Friend In London | “New Tomorrow” |
Estoniya | “Getter Jaani” | “Rockefeller Street” |
Makedoniya | Vlatko Ilievski | “Rusinka” |
İrlandiya | Jedward | “Lipstick” |
İsrail | Dana International | “Ding Dong” |
Latviya | Musiqq | “Angel In Disguise” |
Moldova | Zdob și Zdub | “So Lucky” |
Rumıniya | Hotel FM | “Change” |
Slovakiya | TWiiNS | “I’m Still Alive” |
Sloveniya | Maja Keuc | “Vanilija” |
İsveç | Eric Saade | “Popular” |
Niderland | 3JS | “Je Vecht Nooit Alleen” |
Ukrayna | Mika Newton | “Angel” |
Birbaşa final mərhələsində iştirak edəcək ölkələr – 14 may
Ölkənin adı | Təmsilçinin adı | İfa olunacaq mahnı |
Fransa | Amaury Vassili | “Sognu” |
Almaniya | Lena | “Taken By A Stranger” |
İtaliya | Raphael Gualazzi | “Follia D’Amore” |
İspaniya | Lucía Pérez | “Que Me Quiten Lo Bailao” |
Böyük Britaniya | Blue | “I Can” |
Xatırladaq ki, ötən il Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” mahnı müsabiqəsində Lena Mayer birincilik qazanıb. Azərbaycanı ötən il bu müsabiqədə təmsil edən Səfurə Əlizadə beşinci olub.