Bank Of Baku

Ajelika Varum və Leonid Aqutinin Bakı konserti yaddaqalan olmayıb - FOTO

Ajelika Varum və Leonid Aqutinin Bakı konserti yaddaqalan olmayıb - <font color=red>FOTO</font>
# 14 mart 2011 11:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın məşhur sənətçiləri Leonid Aqutin və Anjelika Varum ötən həftə sonu Bakının qonağı olublar. APA-nın məlumatına görə, martın 12-də sənətçilər Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış ediblər. Tamaşaçılar müğənniləri nə az, nə çox - düz bir saat gözləyiblər. Saat 20-də Leonid Aqutin səhnəyə çıxıb və tamaşaçılardan üzr istəyib: “Gecikdiyimiz üçün üzr istəyirik. Təyyarəyə gecikdiyimiz üçün sizi də burada gözlətməli olduq. Bütün bunlar texniki səbəblər üzündəndir. Lakin bu problemlər konsertimizə mane olmayacaq”.

Leonid Aqutin auditoriya ilə olduqca səmimi ünsiyyət qurub, canlı ifalar ara-sıra sənətçinin maraqlı söhbətləri və zarafatları ilə əvəzlənib. İki mahnıdan sonra səhnədə Anjelika Varum görünüb. Müğənnilər iki saata yaxın davam edən konsertdə köhnə proqramla çıxış ediblər və illərdir sevilən mahnılarını səsləndiriblər. Lakin onların səhnəyə yorğun çıxmaları gözdən qaçmayıb. Bu yorğunluq onların çıxışlarında da özünü göstərib. Nəticədə Varum və Aqutinin təxminən üç il əvvəl Bakıda verdiyi konsertdən fərqli olaraq, bu çıxışları o qədər də yaddaqalan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR