Bank Of Baku

Düsseldorfda “Eurovision-2011” mahnı müsabiqəsinin nümayəndə heyətlərinin görüşü keçirilir

Düsseldorfda “Eurovision-2011” mahnı müsabiqəsinin nümayəndə heyətlərinin görüşü keçirilir
# 14 mart 2011 15:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Hazırda Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin görüşü keçirilir. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, 43 iştirakçı ölkə yığıncaqda təmsilçisini və mahnılarını təqdim edir. Mahnıların son versiyaları və video-klipləri Avropa Yayım Birliyinə (EBU) təhvil veriləcək.

İtaliya 14 il fasilədən sonra “Eurovision” müsabiqəsində iştirakını yenidən təsdiqləyib. Almaniyanın “ARD” televiziya kanlının rəhbəri Tomas Şreyber bildirib ki, Düsseldorf “Eurovision-2011”in şəhəri seçilib, çünki bu şəhər müasir arenalara malikdir. İcraçı direktor Ralf Quibeldey isə Düsseldorfun “Fortuna Arena”sından və Avropa mətbuat nümayəndələri üçün yaradılacaq mətbuat mərkəzindən söz açıb. O bildirib ki, “Eurovision-2011” müsabiqəsini işıqlandırçaga gələn çoxsaylı jurnalistlər “Athletics Sports Hall”da yerləşdiriləcək mətbuat mərkəzində işləyəcəklər. Mətbuat mərkəzində təxminən 700 yer olacaq və 300 kompüter yerləşdiriləcək.

Görüş zamanı ünmayəndə heyətlərinin rəhbərlərinə məlumat verilib ki, “Düsseldorf Arena”nın səhnəsində 40 metr məsafədə böyük bir LED ekran quraşdırılacaq. “Green room” səhnənin arxasında yerləşdiriləcək. Bütün səhnənin işıq dizaynını dünyaca məşhur dizayner-rəssam Jerry Appelt həyata keçirəcək. LED divarlar 60 x 18 metr olacaq ki, onlarda 520 işıq seksiyası quraşdırılacaq. “Eurovision-2011” müsabiqəsinin iki yarımfinal və final konsertinin çəkilişi üçün arenada 26 kamera quraşdırlacaq. Müsabiqənin finalı keçən ilin qalibi “Satellite” mahnısının ifası ilə başlayacaq. Bu mahnı isə ötən ilin qalibi olan Lena Mayerin ifasında deyil, Stefan Raab’s Big Bandin ifasında təqdim olunacaq.

Mayın 14-də keçiriləcək final konsertinin fasilə vaxtında məşhur alman müğənnisi Jan Delay və onun “Disko No.1” qrupu çıxış edəcək.

Görüşdə o da məlum olub ki, müsabiqədə iştirak edəcək 43 ölkənin hər birinin çıxışından qabaq builki müsabiqənin devizi olan “Feel Your Heart Beat” hər ölkənin postkartında öz dilində göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR