Bank Of Baku

Nahid Emiloğlu: “Türkiyənin tanınmış müğənniləri Azərbaycan bəstəkarının mahnısını oxumaq arzusundadırlar” – FOTO

Nahid Emiloğlu: “Türkiyənin tanınmış müğənniləri Azərbaycan bəstəkarının mahnısını oxumaq arzusundadırlar” – <font color=red>FOTO </font>
# 15 mart 2011 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış müğənniləri Azərbaycan bəstəkarının mahnılarını oxumaq arzusundadırlar. Bu barədə APA-ya türk sənətçilərin Azərbaycanda konsertlərinin təşkilatçısı kimi tanınan Nahid Emiloğlu bildirib. Onun sözlərinə görə, Türkiyənin tanınmış sənətçilərindən bəstəkar Kamalın mahnılarının oxumaq üçün çoxsaylı müraciətlər olur. Bir neçə müddətdir İstanbulda yaşayan təşkilatçı, bir sıra layihələrin təşkilini planlaşdırır: “Çox sevindirici haldır ki, Azərbaycan bəstəkarının mahnısını oxumaq üçün çoxsaylı zənglər olur. Bütün bu mahnıların sözləri isə tanınmış şairimiz Baba Vəziroğluna məxsusdur. Türkiyədə tanınmış müğənnilər bəstəkar Kamalın mahnılarına öz repertuarlarına daxil etmək arzusundadırlar. Artıq Tarkan və Sərdar Ortac bəstəkar Kamalın musiqilərini oxuyaraq çox uğur qazanıblar”.

N. Emiloğlu deyib ki, qısa müddətdə Sibel Can, Rafet El Roman, Murad Dalkılıc, Demet Akalın və başqalarının ifasında da musiqisi Kamala, sözləri isə Baba Vəziroğluna məxsus olan mahnıları eşitmək mümkün olacaq: “Adlarını sadaladığım müğənnilər artıq bu mahnıları oxumağa hazırlaşırlar. Ümid edirəm ki, hər bir ifa yaddaqalan olacaq, çünki musiqilər çox gözəldir. Bu da bir azərbaycanlı kimi hər birimizi çox sevindirir”.

Nahid Emiloğlunun sözlərinə görə, bəstəkarın mahnıları bir çox türkiyəli müğənnilərin repertuarına daxil edildikdən sonra həmin mahnıların bir albomda toplanması nəzərdə tutulur. Bakıda bir çox konsertlərin təşkilatçısı kimi tanınan Nahid Emiloğlu, paytaxt sakinləri üçün yeni konsertlər keçirməyi planlaşdırır. O bildirib ki, Tarkan, Sərdar Ortac və Sibel Canın Bakıda konsertlərini təşkil etmək niyyətindədir. Hər üç müğənni Bakıdakı konsert ərəfəsində ifa etdikləri azərbaycanlı bəstəkarın mahnılarına klip çəkdirəcək və həmin kliplər Azərbaycan, eləcə də Türkiyədə yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR