Bank Of Baku

Türkiyəli müğənni Əhməd Şəfəq Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək - FOTO

Türkiyəli müğənni Əhməd Şəfəq Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək - <font color=red>FOTO</font>
# 18 mart 2011 12:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında Türkiyənin tanınmış müğənnisi, vətənpərvərlik mövzusunda mahnıların ifaçısı Əhməd Şəfəq solo-konsert proqramı ilə çıxış edəcək. APA-nın məlumatına görə, konsertlə bağlı müğənni mətbuat nümayəndələri ilə görüşüb. Mətbuat konfransında filologiya elmlər namizədi Sona Vəliyeva, Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı və Türkiyədən Azərbaycana təşrif buyurmuş bir neçə jurnalist də iştirak edib.

S. Vəliyeva Ə. Şəfəqin Azərbaycana olan məhəbbətini yüksək qiymətləndirib: “Mən Əhməd Şəfəqi müğənnilikdən əlavə, çox gözəl bir yazar, iti qələmə sahib olan duyğulu bir insan kimi tanıyıram. Onun bütün kitablarını oxumuşam və incələmişəm. İnsanda çox şey ola bilər - milli qeyrət, milli düşüncə... Çox uzağa gedə bilərik. Ə. Şəfəq bütün sadaladıqlarımın fövqündə durur”.

Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı isə Əhməd Şəfəqə Azərbaycana olan sevgisini hər addımı ilə nümayiş etdirdiyinə görə minnətdarlığını bildirib.

Ə. Şəfəq çıxışında Sona Vəliyeva, eyni zamanda mənəvi anası hesab etdiyi Tənzilə Rüstəmxanlıya təşəkkür edib.

Bugünkü konsertdə Əhməd Şəfəq 24 mahnı ifa edəcək və yeni diskindən parçalar səsləndirəcək. Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva da konsertdə çıxış edəcək. Onunla birgə iki duet səsləndirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR