Bank Of Baku

Türkiyəli müğənni Sinan Özən Sankt-Peterburqda Novruz şənliklərində azərbaycanlılar qarşısında çıxış edib – FOTOSESSİYA

Türkiyəli müğənni Sinan Özən Sankt-Peterburqda Novruz şənliklərində azərbaycanlılar qarşısında çıxış edib – <font color=red>  FOTOSESSİYA </font>
# 21 mart 2011 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Novruz bayramında azərbaycanlılar qarşısında çıxış etməkdən böyük qurur və fərəh hissi duyuram. Bizə uşaqlıqdan babalarımız bir fikri söyləyib - Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanı sevdiyimi heç zaman gizlətmirəm, əksinə bunu hər yerdə deyirəm. Azərbaycanın dövlət kimi inkişafını mən öz dövlətimin inkişafı kimi səciyyələndirirəm”. Bunu APA-ya Sankt-Peterburqda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Baş Konsulluğunun təşəbbüsü ilə şəhərin ən böyük konsert kompleksi olan Buz Sarayında keçirilən Novruz konsertində çıxış edən türkiyəli müğənni Sinan Özən deyib.

Sənətçi bildirib ki, Novruz bayramında Sankt -Peterburqda azərbaycanlılar qarşısında çıxışa uzun zaman hazırlaşıb. O, ifası zamanı yeni albomumdan bir çox mahnılar da ifa edib. S. Özən yeni albomu ilə Bakıya gəlməyi də planlaşdırdığını qeyd edib: “Doğrudur, hazırda bu albomun təqdimatı Türkiyənin bir çox şəhərində, Avropa ölkələrində keçirilir. Amma sizi əmin edirəm ki, Bakıdan dəvət alsaq, çox sevinər və məmnuniyyətlə yeni mahnılarımı musiqisevər, sənətə qiymət verən Azərbaycan tamaşaçısı qarşısında solo-konsertlə təqdim edərik”.

Azərbaycan dinləyiciləri tərəfindən, əsasən, “Siqaramın dumanı sən” mahnısı ilə tanınan Sinan Özən bu fakta münasibətini də açıqlayıb: “Neçə dəfə Bakıda olmuşam, şəhərinizi gəzərkən məni görənlər “baxın Siqaramın dumanI sən Sinan Özəndir” sözlərini eşitmişəm. Əslində, “Siqaranın dumanı sən”lə məni yadda saxlamağın tərəfdarı olmasam da, Çox sevinirəm ki, bu mahnım Azərbaycan dinləyicisinin ürəyinə yol tapıb. Ümumilikdə, hər bir müğənninin arzusu ifa etdiyi mahnı ilə tamaşaçı qəlbinə yol tapmaqdır. Bu baxımdan da xoşbəxtəm ki, Azərbaycanda məni sevir, dinləyir və tanıyırlar. Sizi inandırmaq istəyirəm ki, yeni albomumda olan bir sıra mahnılar da “Siqaramın dumanı sən” mahnısı kimi maraqlı və yadda qalandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR