Bank Of Baku

Türkiyə, Moldova, Maltanın “Eurovision-2011” təmsilçiləri promo-tur çərçivəsində Bakıya gələcəklər

Türkiyə, Moldova, Maltanın “Eurovision-2011” təmsilçiləri promo-tur çərçivəsində Bakıya gələcəklər
# 28 mart 2011 17:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin “Eurovision-2011” Mahnı Müsabiqəsinin təmsilçisi “Yüksek Sadakat” rok qrupu promo tur çərçivəsində aprelin 4-də Azərbaycana gələcək. Bu barədə APA-ya İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib.

Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” Mahnı Müsabiqəsində Moldova adından çıxış edəcək “Zdob şi Zdub” qrupunun da Azərbaycana səfəri palnlaşdırılır. Moldova təmsilçisinin Bakıya səfəri aprelin 6-da baş tutacaq. Malta təmsilçisi Glen Vella isə promo tur çərçivəsində aprelin 10-dan sonra Azərbaycana gələcək. Bakıda olduqları müddətdə Eurovision yarışmasının iştirakçıları İctimai Televiziyanın proqramlarında iştirak edəcək.

Qeyd edək ki, Türkiyə “Eurovision-2011” Mahnı Müsabiqəsinin mayın 10-da keçiriləcək I yarımfinal mərhələsində çıxış edəcək. “Yüksek Sadakat” qrupu müsabiqədə “Live it Up” mahnısı ilə təmsil olunur. I yarımfinalda iştirak edən Malta nümayəndəsi Glen Vella “One Life”, mayın 12-də keçiriləcək ikinci yarımfinal mərhələsində olan Moldovanın təmsilçisi “Zdop Şi Zdub” qrupu isə yarışmada “So lucky” mahnısını ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR