Bank Of Baku

Fəxriyyə Xələfovanın “Caspian rose” kolleksiyası Gürcüstan Moda Həftəsində nümayiş olunacaq – FOTOSESSİYA

Fəxriyyə Xələfovanın “Caspian rose” kolleksiyası Gürcüstan Moda Həftəsində nümayiş olunacaq – <font color=red>FOTOSESSİYA </font>
# 01 aprel 2011 10:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 1-dən 3-dək Tiflisin Şota Rustaveli adına Dövlət Akademik Teatrında III Gürcüstan Moda Həftəsi keçiriləcək. Moda həftəsində 16 gürcü və üç digər ölkənin modelyerləri iştirak edəcək. “Georgian Fashion Week” moda həftəsində Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova “Caspian rose – Xəzər qızılgülü” kolleksiyasını nümayiş etdirəcək. APA-nın məlumatına görə, “Fashion Group”un təşkialtçılığı ilə keçiriləcək moda həftəsində F. Xələfovanın kolleksiyanın adına uyğun olaraq al güllərlə bəzədilmiş 25 geyimi nümayiş olunacaq.

Bu kolleksiyanın reklam fotosessiyasında tanınmış fotomodel Züleyxa Akçurina iştirak edib. “Georgian Fashion Week” moda həftəsini Fransanın tanınmış modelyeri Bastien de Almeyda açacaq.

Moda həftəsində tanınmış moda tənqidçiləri, dünyanın bir sıra ölkələrindən moda sahəsinin peşəkarları və dizaynerlərin iştirakı nəzərdə tutulur.

Moda həftəsi ilə yanaşı, həmin tarixlərdə Tiflisdə “Shaded view on Fashion Film” adı altında moda mövzusunda qısametrajlı filmlər festivalı da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR