Bank Of Baku

“Eurovision-2011”də Moldovanı təmsil edəcək “Zdob şi Zdub” qrupu Bakıya gəlib – FOTO

“Eurovision-2011”də Moldovanı təmsil edəcək “Zdob şi Zdub” qrupu Bakıya gəlib – <font color=red>FOTO </font>
# 06 aprel 2011 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” Mahnı Müsabiqəsində Moldovanı təmsil edəcək “Zdob şi Zdub” qrupu promo-tur çərçivəsində Bakıya gəlib. APA-nın məlumatına görə, bu gün səhərə yaxın Bakıya gələn Moldova təmsilçiləri, artıq İctimai Teleradionun “Yeni gün” proqramında qonaq qismində çıxış ediblər. “Zdob şi Zdub” qrupunun üzvləri promo-tur çərçivəsində Azərbaycana gəlməklərindən məmnunluqlarını dilə gətiriblər. Moldova adından Düsseldorf Arenada çıxış edəcək musiqiçilər, Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçilərinə də uğurlar arzulayıblar. “Zdob şi Zdub” ciddi-cəhdlə yarışmaya hazırlaşdıqlarını və yaddaqalan çıxış etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyiblər.

Moldova təmsilçilərinin Azərbaycana səfəri bu gün axşam başa çatacaq. Səfər çərçivəsində təmsilçilər Azərbaycan media nümayəndələri ilə görüşəcək və İctimai Teleradionun daha bir canlı verilişində çıxış edəcəklər.
Onu da əlavə edək ki, bu ay üçün promo-tur çərçivəsində Malta təmsilçisi Glen Vellanın da Azərbaycana gələcəyi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR