Bank Of Baku

Sevda Ələkbərzadə Yaponiyada təbii fəlakətdən zərər çəkənlərə yardım məqsədilə keçiriləcək xeyriyyə aksiyasına dəvət edilib

Sevda Ələkbərzadə Yaponiyada təbii fəlakətdən zərər çəkənlərə yardım məqsədilə keçiriləcək xeyriyyə aksiyasına dəvət edilib
# 07 aprel 2011 12:10 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə “Yaponiyaya kömək üçün Silk Road” (İpək yolu) layihəsinin koordinatorundan məktub alıb. APA-nın xəbərinə görə, məktubda Yaponiyada zəlzələ və sunami qurbanlarına dəstək üçün keçiriləcək xeyriyyə aksiyasına dəvət əksini tapıb. “Silk Road” dünyanın məşhur musiqiçilərini, artistlərini, rəqqaslarını birləşdirir. Bu sənət adamları İpək Yolu regionunun ənənəvi musiqisini, mədəniyyətini ifa və təbliğ edir.

“Yaponiyaya kömək üçün Silk Road” layihəsi İpək Yolu regionundan etnik və ənənəvi musiqinin tanınmış ifaçılarını bir araya toplayaraq albom buraxmağı nəzərdə tutur. Albomun satışından əldə ediləcək gəlir zəlzələ və sunamidən zərər çəkənlərə yardım üçün göndəriləcək. Layihə çərçivəsində internet saytı da yaradılacaq. Saytda layihədə iştirak edən hər sənətçinin profili olacaq. Bu sənətçilər yapon xalqına qısa müraciətlə çıxış edəcəklər və müraciət yapon dilinə tərcümə edilərək sayta qoyulacaq.

S. Ələkbərzadə dəvəti qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR