Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçilərinin Düsseldorfda ifa edəcəkləri mahnıya çəkilmiş klip aprelin 11-də təqdim olunacaq - FOTO

Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçilərinin Düsseldorfda ifa edəcəkləri mahnıya çəkilmiş klip aprelin 11-də təqdim olunacaq - <font color=red>FOTO</font>
# 08 aprel 2011 09:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın Düsseldorf Arenasında ifa edəcəkləri “Running Scared” mahnısına çəkilmiş klip aprelin 11-də ictimaiyyətə təqdim olunacaq.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən APA-ya verilən məlumata görə, E. Qasımov və N. Camalzadə müsabiqəyə hazırlıq proqramlarının növbəti mərhələsini başa vurub. Azərbaycan təmsilçilərinin Düsseldorfda mayın 10-da, müsabiqənin birinci yarımfinal mərhələsində ifa edəcəyi “Running Scared” mahnısının klip çəkilişləri artıq başa çatıb. Klipin rejissoru Tarmo Krimdir.
Tarmo Krim 2002-ci ildə Tallində keçirilən “Eurovision” Mahnı Müsabiqəsinin prodüseri olub.

“Running Scared” mahnısının klipi romantik və həssas bir tarixçədən bəhs edir. Klipin çəkilişləri dəniz sahilində aparılıb. Hazırda klipin montajının son tamamlanma işləri gedir. Məlumata görə, Eldar və Nigar Düsseldorf səhnəsindəki çıxışına və Avropa turnesinə hazırlaşır. “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycanda çox populyar olduğunu deyən Eldar və Nigar qeyd ediblər ki, Azərbaycan mahnı müsabiqəsində həmişə yüksək səviyyədə təmsil olunub: “Bu il rəqiblər çox güclüdür. Biz qalib olmaq üçün var gücümüzlə çalışırıq”.

Klip geniş tamaşaçı auditoriyasına aprelin 11-də İctimai Televiziyada təqdim olunacaq.

Klip çəkilişlərindən fraqmentləri bu linkdən izləmək olar:

http://az.itv.az/eurovision2011/video/20068.html
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR