Bank Of Baku

“Rövşən” ritm qrupunun “Ritm bir dünyadır” adlı konserti uğurla baş tutub - FOTOSESSİYA

“Rövşən” ritm qrupunun “Ritm bir dünyadır” adlı konserti uğurla baş tutub - <font color=red>FOTOSESSİYA</font>
# 12 aprel 2011 10:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakı Caz Mərkəzində “Rövşən” ritm qrupunun konserti olub. APA-nın xəbərinə görə, “Ritm bir dünyadır” adı altında keçirilən konsert maraqlı məqamlarla yadda qalıb. Məlum olub ki, konsertin təşkilində əsas məqsədlərdən biri Azərbaycan musiqisində tarixən istifadə olunmuş, Misirin qədim aləti olan darbukanın dinləyicilərə təqdim edilməsidir. Müasir dövrdə bu aləti yenidən Azərbaycana gətirən “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbarov olub. O, möhtəşəm səsə malik olan darbuka alətinin torpaqdan hazırlandığını bildirib.

İki saata yaxın davam edən konsertdə Rövşən Cabbarov başda olmaqla qrupun üzvləri Qalib Hacıyev, Anar Ziyadov, Tahir Məmmədov, Cingiz Sadıqov, Səbuhi Əliyev, Ceyhun Babayev, Ağadadaş Dünyamalıyev və Fərid Mehdiyev qonaqlara unudulmaz anlar bəxş ediblər. Konsertdə Misir ritmləri üzərində qurulmuş “Misir səhraları”, “Fəryad” adı altında muğamla sintez də tamaşaçılara təqdim olunub. Fuad İslamovun ifa etdiyi muğam, dj İcon-un sintezləri maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR