Bank Of Baku

Rumıniyanın “Eurovision-2011” təmsilçiləri: “Eldar və Nigarın qalib olmağa tam şansları var” – FOTO

Rumıniyanın “Eurovision-2011” təmsilçiləri: “Eldar və Nigarın qalib olmağa tam şansları var” – <font color=red>FOTO </font>
# 12 aprel 2011 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçilərini çox bəyənirik və düşünürük ki, Eldar və Nigarın qalib olmağa tam şansları var. Birlikdə çox gözəl görünürlər və bütün qalibiyyət keyfiyyətləri var. Onlara böyük uğurlar arzu edirik və belə gözəl ifaçılar ilə bir səhnəni bölüşmək bizim üçün çox xoşdur”. APA-nın məlumatına görə, bu sözləri Rumıniyanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi “Hotel FM” qrupunun ifaçıları deyib. Qrup üzvləri Azərbaycanın “Eurovision” üzrə fan-klubunun internet saytına verdikləri müsahibədə Azərbaycanın çox gözəl ölkə olduğunu bildiriblər: “Ölkənizdə möhtəşəm mənzərələr, gözəl müğənnilər var. “Hotel FM” qrupunu dəvət etsəniz, bu, ölkənizə gəlməyə çox gözəl bir səbəb olar”.
Rumıniyanın “Eurovision-2011” təmsilçiləri Düsseldorf səhnəsində bacardıqları qədər yüksək perfomans nümayiş etdirməyə çalışacaqlarını deyiblər: “Biz bacardığımız qədər yaxşı oxumağa çalışacağıq. Bizim üçün nəticə o qədər də vacib deyil. Əsas odur ki, gözəl ifa edək və möhtəşəm şou göstərək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR