Bank Of Baku

“Ogae-Azərbaycan” “Eurovision-2011” müsabiqəsi təmsilçiləri arasında 12 xalını İsveçə verib – FOTO

“Ogae-Azərbaycan” “Eurovision-2011” müsabiqəsi təmsilçiləri arasında 12 xalını İsveçə verib – <font color=red>FOTO </font>
# 13 aprel 2011 12:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Hər il olduğu kimi, bu il də “Eurovision-2011” müsabiqəsi ilə bağlı hər iştirakçı ölkənin rəsmi fan-klubu səsvermə keçirir. “Ogae Azərbaycan”ın vitse-prezidenti Ömər Əbdülkərimovun APA-ya verdiyi məlumata görə, artıq müsabiqənin Azərbaycan üzrə rəsmi fan-klubunun keçirdiyi səsvermənin nəticələri məlumdur.

Səsvermədə “Ogae-Azərbaycan”ın 60-a yaxın üzvü iştirak edib. Nəticələrə əsasən “Ogae-Azərbaycan” 12 xalını İsveçə, 10 xalını Böyük Britaniyaya, 8 xalını Rusiyaya, 7 xalını Bosniya və Herseqovinaya, 6 xalını Danimarkaya, 5 xalını Macarıstana, 4 xalını Bolqarıstana, 3 xalını Estoniyaya, 2 xalını Almaniyaya və 1 xalını Fransaya verib.

Ö. Əbdülkərimov bildirib ki, hər iştirakçı ölkənin rəsmi fan-klubu artıq keçirdiyi səsvermənin nəticəsini açıqlayıb. Nəticələrin “Eurovision-2011” mahnı müsabiqəsinin mayın 14-də keçiriləcək finalına müəyyən qədər təsir edəcəyi gözlənilir.

Qeyd edək ki, İsveçin “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi Erik Saade bu il bir çox ölkələrin, eləcə də fan-klubların favoritidir. O, Düsseldorfda “Popular” mahnısı ilə Avropa ictimaiyyəti qarşısında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR