Bank Of Baku

“William Hill” bukmeker kontoru Azərbaycanı “Eurovision-2011”in aşkar favoriti sayır - FOTO

“William Hill” bukmeker kontoru Azərbaycanı “Eurovision-2011”in aşkar favoriti sayır - <font color=red>FOTO </font>
# 13 aprel 2011 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı yarışmasının nəticələri ilə bağlı ən tanınmış bukmeker şirkətləri rəylərini açıqlayıblar. APA-nın məlumatına görə, bir neçə həftə bundan əvvəl Böyük Britaniyanın “William Hill” bukmeker kontorunun hesablamaları nəticəsində 43 təmsilçi ölkə arasında beşinci yerdə olan Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal artıq birinci yerdədir. Avropa ictimaiyyətinin rəyinə görə, bu il “Eurovision -2011” müsabiqəsinin qalibi ya Azərbaycan, ya da Fransa olacaq. Onu da bildirək ki, Azərbaycanın önə çıxması təmsilçilərimizin Düsseldorf səhnəsində ifa edəcəyi “Running Scared” mahnısına çəkilən klipin nümayişindən sonra baş verib.

“William Hill” bukmeker kontorunun rəsmi internet saytında - http://sports.williamhill.com/bet/ru/betting/e/1941779/Eurovision-2011---Top-10-Finish.html yerləşdirdiyi cədvələ görə, I yerdə Azərbaycan və Fransa, digər ön sıralarda isə Estoniya, Böyük Britaniya, Rusiya, Türkiyə, Almaniya qərarlaşıblar.

Qeyd edək ki, 56-cı “Eurovision” mahnı müsabiqəsində 43 ölkə təmsil olunur. Azərbaycan təmsilçiləri müsabiqənin mayın 10-da keçiriləcək I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaqlar. Eldar Qasımov və Nigar Camal müsabiqədə “Running Scared” mahnısını ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR