Bank Of Baku

Tanınmış beloruslu teleaparıcı Ales Muxin Bakıda keçiriləcək “Nə? Harada? Nə zaman” adlı II İntellektual yarışmasına aparıcılıq edəcək – FOTO

Tanınmış beloruslu teleaparıcı Ales Muxin Bakıda keçiriləcək “Nə? Harada? Nə zaman” adlı II İntellektual yarışmasına aparıcılıq edəcək – <font color=red>FOTO </font>
# 14 aprel 2011 13:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMS) Gənclər və İdman Nazirliyi ilə birgə aprelin 16-da “Nə? Harada? Nə zaman?” İntellektual yarışması keçirəcək. APA-nın məlumatına görə, bununla əlaqədar olaraq Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi bu gün mətbuat konfransı keçirilib. Mətbuat konfransında məhz bu yarışmaya aparıcılıq etmək üçün Minskdən dəvət olunmuş tanınmış teleaparıcı, “Xrustal bayquş” mükafatının sahibi, eləcə də “2001-2005-ci illərdə klubun ən yaxşı kapitanı” fəxri adına layiq görülən Ales Muxin də iştirak edib.

Şuranın baş katibi Orxan Ərəbov bildirib ki, “Nə? Harada? Nə zaman?” İntellektual yarışması “Bakının Birincisi” adlı II İntellektual Gənclər Festivalı çərçivəsində baş tutacaq: “Turnir Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında keçirilir. 30 komandada birləşən 180 nəfərin iştirakı ilə keçiriləcək yarışda tələbələr, bilicilər klublarının nümayəndələri iştirak edəcəklər. Sözügedən layihə ”Firstline” assistance və “Park İnn”-in sponsorluğu ilə realaşdırılır”.

Baş katib deyib ki, sual paketi Beynəlxalq Bilicilər Hərəkatının ən yaxşı redaktoru seçilmiş Konstantin Naumenko tərəfindən hazırlanacaq. Milli Şuranın sədr müavini Elmir Məmişov əlavə edib ki, GTMŞ son 2 il ərzində “Nə? Harada? Nə zaman” oyunu üzrə artıq 3-cü layihəsini həyata keçirir. Layihənin baş koordinatoru Ayan Bəşirzadə yarışmanın qaliblərinə sponsorlardan 200 manat dəyərində həidyyə paketi veriləcəyini diqqətə çatdırıb. Yarışmada 6 nəfərdən ibarət münsiflər heyəti təmsil olunacaq.

Azərbaycanda çoxsaylı intelektli gənclərin yetişdiyini bildirən Ales Muxin ölkəmizə uğurlar arzulayıb: “Azərbaycanda ildən-ilə intellektli gənclərin sayı artır. Azərbaycanda belə layihələrin həyata keçirilməsi bizləri çox sevindirir. Bu gün vaxtilə uğur qazanan azərbaycanlı intellektli gənclər bu gün Rusiyanın ən tanınmış və seçilən insanlarıdır. Belə bir tədbirə aparıcılıq edəcəyimə görə çox məmnunam”.

Tədbirdə iştirak edən “Nə? Harada? Nə zaman?” yarışamsının komanda üzvlərinin suallarını cavablandıran A. Muxin “məğlubiyyətə baxmayaraq, hər zaman irəli getmək lazımdır. O zaman qalib olacaqsınız, qalib olmaq üçün sadəcə bunu ürəkdən arzulamaq və bu məqəsədə doğru getmək lazımdır” deyərək, gənclərə tövsiyyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR