Azərbaycan musiqisini özününküləşdirən ermənilər, ermənilərlə bir toyda oxuyan azərbaycanlı sənətçilər - ARAŞDIRMA - FOTOSESSİYA
...Azərbaycan musiqisinin ermənilər tərəfindən mənimsənilməsi hələ sovetlər dövründən başlayıb. İlk belə fakt 1955-ci ildə qeydə alınıb. “Soyuzmultfilm”in istehsal etdiyi “Pyos i kot” (“İt və pişik”) cizgi filmində Azərbaycan bəstəkarlarının əsərlərindən, o cümlədən Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasından götürülmüş etüdlərdən istifadə olunub, lakin bu musiqilər erməni bəstəkarı Karen Xaçaturyanın əsərləri kimi təqdim edilib. http://www.youtube.com/watch?v=cZTDMKEH2_o&NR=1)
“Sarı gəlin” və bu kimi onlarla musiqi əsərlərimizi ozününküləşdirən ermənilərin son oğurluğu xalq artisti Brilliant Dadaşovanın oxuduğu, Vaqif Gərayzadənin “Novruzu” kompozisiyası üzərində qurulmuş Vokaliz” əsəri olub. Erməni müğənnisi Siruşo sözügedən Azərbaycan mahnısını olduğu kimi oxuyaraq, bu musiqi əsərinin erməni mahnısı olduğunu bildirib. (http://www.youtube.com/watch?v=mEmKYH6s5Nc)
Sözsüz ki, bu məqamda Avropa ictimaiyyətinin maraqla izlədiyi “Eurovision” yarışmasında ermənilərin təqdim etdikləri musiqi nömrələrində səhnəyə Azərbaycanın milli musiqi alətləri ilə çıxmasını, mahnılarında musiqi əsərlərimizdən istifadə etməsini da xatırlatmaq yerinə düşər. Ötən il Ermənistan təmsilçisinin “Eurovision-2010” yarışmasında Azərbaycanın milli musiqi aləti olan balabanla səhnəyə çıxması buna misaldır. (http://www.youtube.com/watch?v=TsH0YWSG_mg)
Hər beynəlxalq tədbirdə Azərbaycanın Dağlıq Qarabağı öz əraziləri kimi təqdim etməyə cəhd göstərən ermənilərə bizim musiqiçilər necə qarşılıq verirlər? Hər birimizin bu cur hallarla mübarizə aparmağımız vacib olduğu halda, fərqli mənzərə ilə üzləşirik. Bizim “çox hörmətli” mədəniyyət xadimlərimizin bu cur addımları atanlarla, sadəcə pul müqabilində eyni səhnəni bölüşmələri, öpüşüb görüşmələri, Azərbaycan musiqi əsərlərinin məhz onların gözü qarşısında erməni musiqi nümunəsi kimi təqdim olunmasını göz yummalarını xatırladıqca... Təəssüf ki, bu cur hərəkətlərini müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışan musiqiçilərimizin sayı xeyli artıb.
Ermənilərlə eyni səhnəni bölüşməyə haqq qazandıran sənətçilərimiz ard-arda eyni səhvləri təkrarlayırlar. Son günlər sosial şəbəkələrdə əslən qarabağlı olan, vaxtı ilə “Qarabağ bülbülləri” ansamblında çıxış edən müğənni Tacir Şahmalıoğlunun Moskvada erməni müğənnisi ilə birgə muğam oxuması kadrları yayımlanıb və bu, cəmiyyətdə birmənalı qarşılanmayıb. İşğal olunmuş Ağdam rayonunda, muğam ifaçısı Şahmalının ailəsində anadan olan Tacir Şahmalıoğlu açıqlama verərək keçirilən toy mərasimində erməni musiqiçilərin iştirakından xəbərsiz olduğunu iddia edib: “Mənim orada öpüşüb-görüşdüyüm adam kürddür. Sadəcə, erməni mahnıları da oxuyur. Amma özü kürddür, erməni yox. Mən onunla görüşmüşəm. Erməni ilə heç vaxt öpüşüb-görüşmərəm. Gedib ona deməliyəm ki, niyə erməni mahnısı oxuyursan? Məni o toya gədəbəyli dostum Nazim dəvət etmişdi. Orada restoranı var. Mən o məclisə Azərbaycan tərəfdən dəvət alıb getmişəm. Öz mahnımı oxuyub, çıxmışam. Nə işimə qalıb kim nə mahnı oxuyub? Mən Moskvada erməniyə kəllə atmalıyam? Ora Moskvadır. Bakı olsaydı, hə, siz deyəndir. Yaxşı bilirsiniz ki, Moskvada erməni-müsəlman söhbəti yoxdur. Orada ermənilərlə müsəlmanlar ağız-ağıza öpüşürlər. Onlara heç söz deyən yoxdur”. Bu da pula görə erməni musiqiçilərlə eyni toyda iştirak edən Tacir Şahmalıoğlunun sözügedən məsələyə münasibəti... (http://www.youtube.com/watch?v=jh91lHdUdNI)
Onunla eyni mərasimdə erməni musiqiçiləri gitarada müşayiət edən isə azərbaycanlı Elman Namazoğludur. Elman Namazoğlu da məsələ ilə bağlı verdiyi açıqlamada həmin toyda erməni musiqiçilərin iştirakından əvvəlcədən xəbərsiz olduğunu bildirib. Maraqlıdır, beş saata yaxın davam edən toyda heç bir musiqiçimiz ermənilərin Azərbaycan xalqına qarşı tarixin belə unuda bilmədiyi faciələr törətdiyini xatırlaya bilməyiblər?
Bu siyahını təəssüflə davam etdirmək məcburiyyətindəyik. Bir müddət əvvəl yeni video-çarx əldə etmişik. Həmin video-çarxda əməkdar artist, qarmonçalan Ənvər Sadıqovun erməni musiqiçilərlə el şənliyində iştirakı, erməni musiqiçiləri müşayiət etməsi kadrları yer alıb. (http://www.famlinks.com/video/iwtCQNwOO5o)
Bəlkə də bu cur faktların sayı çoxdur, sadəcə həmin hadisələr lentə alınmayıb. Bu sırada iki il bundan əvvəl Moskvada keçirilən “Eurovision -2009” yarışmasında Ermənistan təmsilçiləri Anuş və İnqanın səhnə kostyumlarını, sac duzumu və makiyajını, nümayiş etdirəcəyi xoreoqrafik etüdü və səhnə tərtibatını azərbaycanlı Aslan Əhmədovun hazırladığını da yada salmaq olar. Aslan Əhmədov APA-ya açıqlamasında ermənilərlə əməkdaşlığı bu qədər aqressiv qarşılamağımızın düzgün olmadığını bildirmişdi: “Bu cur düşünmək heç də düzgün deyil. Mən sənət adamıyam, mən Azərbaycandan, Bakıdan uzaqda yaşayıram və əsas məqsədim millətindən, bədənin rəngindən asılı olmayaraq sənət əsəri yaratmaqdır. Bu əməkdaşlıq çərçivəsində də buna çalışmışam”... Ümid edirik ki, bu cür hallarla rastlaşdığı an təklif olunan puldan vaz keçən sənətçilərimiz də var.
...Qaldı ki, Azərbaycanın matəm günlərində şadyanalıq edib digər ölkə vətəndaşlarını (sözsüz ki, erməniləri də) feyzyab edən sənət adamlarımıza... Çox da düşünməyə ehtiyac yoxdur, əslində bəzilərinin bu addımları artıq “tarixə” düşüb. Məhz Azərbaycan xalqının heç zaman unutmayacağı tarixi günlərdə, torpaqlarımızın işğalı günlərində ölkədən kənarda oynayıb-oxumaları insafsızlıq deyil? Məgər bu tarixləri unutmaq olarmı?
Oxucular əslən qarabağlı olan, Türkiyədə yaşayan Azəri qızı Günelin bir necə il bundan əvvəl Xocalı soyqırımının ildönümündə - fevralın 26-da türk kanallarının birində mahnılar ifa etdiyini yəqin xatırlayırlar. Heç də ondan fərqlənməyən digər sənətçilər - Nadir Qafarzadə, əməkdar artist Ruhəngiz Allahverdiyeva, aşıq Zülfiyyə, "Xalq ulduzu"nun iştirakçısı Şəhla Həmidovanın fevralın 26-da Hayfa şəhərində "Lotos" restoranının açılışında iştirak etdiyini də xatırlamaq yerinə düşər. O zaman adı çəkilən müğənnilər həmin məkanda iştiraklarını günah saymayıb, səhnəyə fevralın 27-də çıxdıqlarını iddia etmişdilər. Bu hərəkətlərinə görə adıçəkilən müğənnilərin dövlət tədbirlərində iştirakına qadağa qoyulsa da, sonradan həmin qadağa aradan qaldırıldı. Bəlkə də bu cür addımların son anda bağışlanılması onlara ürək-dirək verir?
Bir müddətdir ölkəmizdə Dağlıq Qarabağda təşkil olunan konsertlərdə iştirak etmiş erməni əsilli müğənnilərin də konsertləri təşkil olunur. Bu sırada Katya Lel, İrina Alleqrova, Filipp Kirkorovun Bakı səhnəsində çıxışlarını misal gətirmək olar. İrina Alleqrova Azərbaycanda tamaşaçılara qarşı soyuq münasibət göstərsə də, onun həmkarı və erməni əsilli olduğu iddia edilən Rusiyanın xalq artisti Flipp Kirkorov, Dağlıq Qarabağda çıxış etmiş Katya Lel ölkəmizə olan sevgilərini acıq şəkildə bəyan etdilər.
Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev də Azərbaycan sənətçilərinin erməni musiqiçilərlə eyni səhnəni bölüşməsinə, mehribancasına erməni və Azərbaycan musiqilərini ifa etməsinə münasibət bildirib: “Bilirsiniz, kimsə bu prosesin qarşısını ala bilməz. Digər bir tərəfdən Azərbaycan müğənnisi niyə də erməninin oxuduğu toyda gedib pul qazanmasın? Tacir Şahmalıoğlunu hörmət əlaməti olaraq öz şənliklərinə dəvət edirlər, o da gedib toyda oxuyub. Sonra erməni müğənninin Azərbaycan mahnısını başqa tərzdə oxuduğunu görüb, ona əsil ifa nümayiş etdirib. Hesab edirəm ki, Azərbaycan musiqisini öz tərəfinə çəkmək istəyən erməni musiqiçisinə bu ləyaqətli bir cavabdır”.
Nazir bu cur faktlara siyasi don geyindirməyin düzgün olmadığını da diqqətə çatdırıb: “Biz ermənilərlə dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlərdə görüşürük. Kimsə konfransda, kimsə tədbirdə, kimsə toyda görüşür. Bundan qaçmaq mümkün deyil”.
Şou-biznes
Xəbər Lenti
Kuşner yeni danışıqların qrafikinin yaxın vaxtlarda açıqlanacağını bildirib
Si Cinpin APEC liderlərinin görüşünə sədrlik edəcək
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib