Bank Of Baku

Albaniyanın “Eurovision-2011” təmsilçisi Azərbaycana gələcək – FOTO

Albaniyanın “Eurovision-2011” təmsilçisi Azərbaycana gələcək – <font color=red>FOTO </font>
# 19 aprel 2011 12:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Albaniyanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisi Aurela Qaçe promo-tur çərçivəsində yaxın günlərdə Azərbaycana gələcək. AAP-nın xəbərinə görə, bu barədə Albaniya təmsilçisinin özü açıqlama yayıb. O bildirib ki, Ukraynaya səfərini başa vurduqdan sonra Azərbaycana yollanacaq və Bakıda bir sıra çıxışları olacaq.

Aurela Qaçe Düsseldorf səhnəsində “Kenga İme” ("Mənim mahnım") mahnısını ifa edəcək. O, ABŞ-ın Nyu-York şəhərində yaşayır və indiyədək beş albomu işıq üzü görüb.

Xatırladaq ki, bu müddət ərzində artıq Türkiyə və Moldovanın builki “Eurovision” təmsilçiləri Azərbaycanın qonağı olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR