Türkiyədə kamikadze-terrorçu qadın saxlanılıb

Türkiyədə kamikadze-terrorçu qadın saxlanılıb
# 24 mart 2016 18:10 (UTC +04:00)

Bakı-APA. Türkiyədə kamikadze-terrorçu qadın saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə “Hurriyet”ə polis qurumlarındakı mənbə bildirib.

Məlumata görə, saxlanılan qadın terrorçuluq fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinir. Onun ölkənin şərqində yerləşən Muş şəhərində saxlanıldığı bildirilir. Qadının kimliyi və onun hansı terror qruplaşması ilə əlaqəli olduğu bildirilmir.

Məhkəmə qadın barəsində həbs qətimkan tədbiri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR