ABŞ rəsmisi: "ABŞ Azərbaycanın dəyərli tərəfdaş kimi göstərdiyi xidmətlərə önəm verir"

ABŞ rəsmisi: "ABŞ Azərbaycanın dəyərli tərəfdaş kimi göstərdiyi xidmətlərə önəm verir"
# 24 noyabr 2015 14:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "ABŞ Azərbaycanın dəyərli tərəfdaş kimi göstərdiyi xidmətlərə önəm verir".

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, xanım Bridcet Brink deyib.

O bildirib ki, Dövlət Departamentinin rəsmisi qismində 6 il əvvəl Azərbaycana səfər edib.

"ABŞ Azərbaycanla geniş çeşiddə mövcud olan əməkdaşlığı davam etdirmək istəyir. Bu əməkdaşlıq əsasən iqtisadiyyat, enerji, demokratiya, insan haqları və təhlükəsizlik sahələrini əhatə edir. Mən bu vəzifəyə bu ilin oktyabrından təyin olunmuşam. ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığı dərinləşdirməyi planlaşdırıram", - deyə B. Brink bildirib.

ABŞ rəsmisi qeyd edib ki, Azərbaycanda olduqları müddətdə məhsuldar görüşlər keçiriblər: "Biz Azərbaycan prezidenti, xarici işlər naziri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşdük. Ortaq məxrəcə gəldik ki, Azərbaycanla ABŞ arasında mövcud əməkdaşlığın dərinləşməsi və genişlənməsi istiqamətində səylərimizi artıraraq, birgə fəaliyyət göstərəcəyik. Bizim əməkdaşlığımızın bünövrəsini təşkil edən məsələlərin hər biri bizim üçün vacibdir. Məsələn, demokratiya və insan haqlarının güclənməsi daha güclü vətəndaş cəmiyyəti deməkdir. Bu kimi cəmiyyətdə azad media və müxtəlif çeşiddə fəaliyyət göstərən müxalifət qüvvələr təmsil olunar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR