İranlı sənətçilər Lənkəran teatrında ustad təlimləri keçiblər

İranlı sənətçilər Lənkəran teatrında ustad təlimləri keçiblər
# 02 may 2016 07:41 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İran İslam Respublikasının Tehran şəhərindən dəvət olunmuş teatr mütəxəssisləri Xeyrullah Təğyənipur, Əli Süleymani, Məhəmməd Ətayi və Cavad Nuri Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları üçün ustad təlimləri keçiblər.

Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, iranlı sənətçilər Lənkəran teatrının gənc aktyorlarına səhnə hərəkətlərinin bir sıra xüsusiyyətlərini öyrədiblər: “İki gündən sonra truppamız Bakıda Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduardo de Filippononun “Ruhlar” və Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşaları ilə çıxış edəcək. Bu sənət imtahanı ərəfəsində gənc aktyorlarımız üçün ustad təlimlərinin keçirilməsi çox mühümdür”.

T. Heydərov bildirib ki, İranın teatr mütəxəssisləri və sənət kollektivləri ilə Lənkəran teatrının əlaqələri bundan sonra da davam etdiriləcək: “Bizim qonşu ölkədəki həmkarlarımızla çoxlu müştərək layihəmiz nəzərdə tutulub. Gələcəkdə tamaşalarımızı İranın şəhərlərində oynamağı nəzərdə tutmuşuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR