Qonşusunu öldürən şəxsə hökm oxunub

Qonşusunu öldürən şəxsə hökm oxunub
# 24 may 2016 12:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Vüqar Fəttayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin avqust ayında Badamdar yolu, ev 105 ünvanında 1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib. V. Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb. Hadisəni törədən V. Fəttayev tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR