Lənkəran. Ağəddin Babayev - APA. Son günlər cənub bölgəsində sitrus meyvələrinə tələbat artıb.
APA-nın cənub bürosunun məlumatına görə, torpaq mülkiyyətçiləri bildiriblər ki, bir neçə ay əvvələ qədər əziyyətlə yetişdirdikləri məhsulu dəyər-dəyməzinə satmaq məcburiyyətinə olublar. Səbəb isə xaricdən gətirilən məhsulların yerli məhsulu bazarda sıxışdırması olub.
Ötən aydan başlayaraq isə yerli sitrus məhsullarının satışında artım müşahidə olunub. Bu da öz növbəsində məhsulların qiymətinin də artmasına səbəb olub. Hazırda 1 kq naringi 2-3 manata, portağalın 1 kq-ı 3-4 manata, limonun 1 ədədi isə alıcılara 20-25 qəpiyə təklif olunur.
Fermerlər qiymət artımını xaricdən gətirilən sitrus meyvələrinin azalması, yerli məhsula tələbatın artması ilə izah edirlər.
Qeyd edək ki, Azərbaycana sitrus meyvələri əsasən İran, Gürcüstan və Türkiyədən gətirilir.
Cənub bölgəsində yerli məhsullara tələbat artıb
08 fevral 2016 10:55 (UTC +04:00)
Aqrar-sənaye kompleksi
Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşib
17:29
20 may 2024
Şərqi Zəngəzur və Qarabağa köçən fermer kişi və qadınların sayı məlum olub
15:07
20 may 2024
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-ə yaxın artıb
13:28
16 may 2024
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
14:13
15 may 2024