Azərbaycan əfqanıstanlı gömrükçülər üçün seminar keçirir

Azərbaycan əfqanıstanlı gömrükçülər üçün seminar keçirir
# 19 sentyabr 2016 15:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün təşkil olunan seminar öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, seminarın açılış mərasimində Əfqanıstan Gömrük Departamentinin Baş direktoru Əhməd Rəşad Popal da iştirak edib.

Seminarın gedişində Ümumdünya Gömrük Təşkilatının mütəxəssisləri tərəfindən təşkilatın diaqnostik vasitələrindən istifadə etməklə Əfqanıstan Gömrük Departamentinin diaqnostikasını tamamlamaq, ticarətin asanlaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriləcək.

Əfqanıstan gömrük xidmətinin əməkdaşları Azərbaycan gömrüyündə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklərlə barədə də məlumatlandırılacaq, qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının və Heydər Əliyev Adına Beynəlxalq Hava Limanının iş rejimi ilə yaxından tanış olacaqlar.

Seminar sentyabrın 29-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR