“Expressbank”ın öhdəlikləri 17%-dən çox artıb

“Expressbank”ın öhdəlikləri 17%-dən çox artıb
# 31 yanvar 2018 09:07 (UTC +04:00)

2016-cı il ilə müqayisədə 2017-ci ildə “Exspressbank”ın aktivlərinin həcmi 27,5 mln. manat. və ya 9,6%, artaraq 2018-ci il yanvarın 1-nə 314,339 mln. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankı kredit portfeli 15,9% azalaraq 167,608 mln. manat olub.

Bankın öhdəlikləri bir il ərzində 17,4% artaraq 170,023 mln. manata yüksəlib.

Bankın depozit portfeli 56,3% artaraq 144,933 mln. manata bərabər olub. Əhalinin əmanətləri 31,2% artaraq 93,527 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı 1,6% artaraq 144,317 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 137,257 mln. manat təşkil edib.

Bank ötən ili 2 mln. 26 min manat mənfəətlə başa vurub. Bu, 2016-cı ilin göstəricisi ilə müqayisədə 4,6 dəfə çox deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR