Moldova baş naziri: “GUAM nəqliyyat dəhlizi üzrə əməkdaşlıq dərinləşdiriləcək”

Moldova baş naziri: “GUAM nəqliyyat dəhlizi üzrə əməkdaşlıq dərinləşdiriləcək”
# 28 noyabr 2017 10:36 (UTC +04:00)

“GUAM nəqliyyat dəhlizi üzrə əməkdaşlıq dərinləşdiriləcək”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən beynəxlalq “İpək Yolu” forumunda çıxışı zamanı Moldovanın baş naziri Pavel Filip deyib. O, Gürcüstanın GUAM-da fəaliyyətini yüksək qiymətləndirərək təşkilat çərçivəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib: “2018-ci ildə Moldova GUAM-a sədrlik edəcək. Bu, GUAM nəqliyyat dəhlizi üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkan yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR