Qızılın qiyməti yeddiillik maksimuma çatıb

Qızılın qiyməti yeddiillik maksimuma çatıb
# 07 yanvar 2020 09:40 (UTC +04:00)

Qlobal bazarda qızılın 1 unsiyasının qiyməti 2,3% artaraq 1 588,1 ABŞ dolları təşkil edib ki, bu da 2013-cü ilin aprelin ayından bəri rekord göstərici sayılır.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, qiymət artımının səbəbi kimi Yaxın Şərqdə yaşanan gərginliyin artması göstərilir.

Qeyd edək ki, gümüşün də 1 unsiyasının qiyməti ötən ilin sentyabrından öz maksimal qiymət səviyyəsini yeniləyərək 18,5 dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR