Nazir: “Növbəti ildə eşitmə və ürək qüsurlu insanların əməliyyatı üçün 4 milyon manat ayrılıb”

Nazir: “Növbəti ildə eşitmə və ürək qüsurlu insanların əməliyyatı üçün 4 milyon manat ayrılıb”
# 01 dekabr 2017 13:17 (UTC +04:00)

"2018-ci ilin dövlət büdcəsinin xərclərində dəyişiklik zərurəti yaranıb. 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib".

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə eşitmə və ürək qüsurlu insanların müalicəsi üçün 4 milyon manat vəsait ayrılıb: “Bu məsələlər Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə iştirakı ilə dəqiqləşdiriləcək. Növbəti ildən dövlət büdcəsi hesabına eşitmə və ürək qüsurlu insanların əməliyyat ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR