"Kapital Bank"ın aktivləri 3 mlrd. manata yaxınlaşır

"Kapital Bank"ın aktivləri 3 mlrd. manata yaxınlaşır
# 15 noyabr 2016 09:25 (UTC +04:00)

"Kapital Bank" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin III rübündə 2 mlrd. 807,376 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 55,7% çoxdur.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,64% artaraq 1 mlrd. 205,099 mln. manat olub.


Bankın depozit portfeli III rübə 2 dəfədən çox artaraq 1 mlrd. 675,975 mln. manat olub. Öhdəliklərin həcmi isə 2 537,902 mln. manat təşkil edir.


Bir il ərzində bankın məcmu kapitalı 2% artaraq 269,474 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR