Auditorlar Palatası Şurasının iclası keçirilib

Auditorlar Palatası Şurasının iclası keçirilib
# 30 dekabr 2019 11:30 (UTC +04:00)

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda kölgə iqtisadiyyatının azaldılması istiqamətində kompleks tədbirlər sisteminin Yol Xəritəsi çərçivəsində işlənib hazırlanması, Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi, “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2020-ci il üçün Plan-qrafik”in təsdiq edilməsi, “Audit komitələri haqqında” Əsasnamənin yenidən işlənməsi, Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi, ölkə ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinə yenidən baxılması, “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması Qaydası”na riayət edilməsi məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR