"Apamark" kağız karton istehsalına dəstək verib

"Apamark" kağız karton istehsalına dəstək verib
# 01 avqust 2017 08:00 (UTC +04:00)

"Apamark" şirkəti və "Azərsun Holdinq" MMC-nin tərkibində fəaliyyət göstərən "Kağız Karton İstehsalat" kombinatının birgə əməkdaşlığı nəticəsində artıq müxtəlif formalı qutuların alışı ilə maraqlananlar uzaq məsafə qət etmələrinə gərək qalmadı. Kombinat üçün yeni yaradılmış sayt bu gündən etibarən fəaliyyətə başladı.

Sifariş forması asanlaşdırıldı

Yeni yaradılmış internet səhifəsində ziyarətçilər rahat şəkildə 250-dən çox qutu formaları ilə tanış ola bilərlər. Bundan başqa, ziyarətçilər istədikləri qutuların üzərinə basmaqla açılan pəncərədə müvafiq məlumatları dolduraraq onu sifariş də edə bilərlər.

Özəl proqramlaşdırma və minimum asıllıq

Saytın proqramlaşdırılması zamanı hər hansı bir hazır şablon proqramlaşdırma modullarından istifadə edilməmişdir. İstifadəçinin gələcəkdə rahat şəkildə yeni məhsul, bölmə, dil paneli, mətn və şəkil əlavə edə bilməsi üçün admin panel tərəfində geniş imkanlar yaradılmışdır.

Qeyd edək ki, qısa müddət ərzində bazarda markalaşmağı bacaran "Apamark" şirkəti avqust ayı ərzində daha iki əhəmiyyətli layihəni təqdim etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR