Bakı-APA. İnquşetiyanın Malqobek və Nazran şəhərlərində xüsusi əməliyyat zamanı İŞİD-lə əlaqəli 5 silahlı məhv edilib, üçü isə yaxalanıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsindən bildirilib.
“Malqobek şəhərində keçirilmiş xüsusi əməliyyat, Nazranda isə antiterror əməliyyatı zamanı şiddətli silahlı müqavimət göstərmiş 5 silahlı məhv edilib, 3 nəfər isə saxlanılıb”, - deyə qurumdan bildirilib.
Hadisə yerindən avtomat silahlar, tapançalar, əl qumbaraları götürülüb.
Əməliyyatlar zamanı mülki əhali və hüquq-mühafizə orqanlarının şəxsi heyəti arasında xəsarət alan olmayıb.